Sağlam qidalanma nədir?

18 August 2017
1 kiloqramda nə qədər kalori var?

Kolumbuya Universitetinə görə 1 kq-da 7.700 kalori var. Ancaq bu göstəricilər laboratoriyada yer almışdır və real həyatda bir az fərqlənə bilər. Məs., real həyatda 1 kq 7.700 kaloridən ya bir az artıq, yada ki əskik ola bilər. 

1 həftəyə sağlam şəkildə neçə kiloqram itirmək olar?

CDC (Centers for Disease Control and Prevention) çəkini tədricən, həftədə təxminən 0.45-0.9 kq olmaqla itirməyi məsləhət görür.

Bəzən insanlar karbohidratlardan daha narahat olurlar, nəyinki kalorilərdən. Bəziləri diyetadayam deyib, çörəyi tam kəsir. Bu doğru deyil.
Fikrinizi karbohidratlara yönəldib, hələdə aşırı kalori qəbul edə bilərsiniz. Həmçinin, müəyyən qidaları kəskin şəkildə azaltığınızda və ya istifadə etmədiyinizdə, nəticə olaraq həyati vacib qidalandırıcıları qurban verəcək və pəhrizi sona qədər davam edə bilməyəcəksiniz.

============================
Tərəvəzlər və meyvələrlə zəngin diyetaya üstünlük verin

Mütamadi fiziki aktivliyinizi qoruyun

Qazlı və şirin içkilər əvəzinə su için

Qəbul etdiyiniz və yandırdığınız kalorilərə diqqət yetirin.
============================

Qarşınıza qoyduğunuz məqsəd çox böyük görünsədə, buna sadəcə yekun təyin yeri əvəzinə bir səyahət kimi baxın. Daha sağlam həyat tərzi yaşaya bilmək üçün yeni qidalanma və fiziki aktivlik vərdişləri öyrənəcəksiniz. Onlar isə öz növbəsində sizə kiloqramları itirdikdən sonra olduğunuz çəkini qorumağa kömək edəcək.

Fiziki aktivlik niyə vacibdir?
Artıq fiziki aktivlik orqanizmin enerji üçün istifadə etdiyi kalorilərin sayını artır. Bunu sağlam qidalanma ilə birlikdə etdikdə, nəticə olaraq qəbul edildiyindən daha artıq kalori yandığı üçün çəki itkisi baş verir.

İlk başladıqda 1 ay ərzində maksimal dərəcədə çəki itirə bilmənin mümkünlüyü, bunun sağlam olduğu və alınan nəticənin daimi olacağı anlamına gəlmir, bu həm də orqanizmə ciddi ziyan vurur.

Çox çəki üçün özünü qidalardan məhrum etmə davamlı deyil və son olaraq köhnə qidalanma vərdişlərinə qayıtmağa səbəb olur. 

Hər-hansısa diyeta və çalışma planına başladığınızda, sizə uyğun qidalanma planını tapa bilmək üçün, mütəxəssislə məsləhətləşməniz vacibdir. İnsanlar fərqli olduğu kimi, onların kalori və qida tələbatı da fərqlidir. Əgər siz kalorilərinizi azaltmısınızsa, orqanizmin normal çalışması üçün lazım olan qidalandırıcıları hələ də qəbul etməlisiniz.

Sizə kömək edən çəki-itirmə planını tapın.
Bir çox diyeta saxlayıb, çalışma edib hələ də arıqlamamısınız? Təslim olmayın. Ola bilsin sizə kömək edə biləcək diyeta tapmamısınız. Hər şey bəzi insanlar üçün işləyir, lakin heç bir müalicə hər kəs üçün eyni dərəcədə effektiv olmur. Odur ki, artıq çəkinizin səbəbini araşdırın. Daha sonra sağlam səyahətə baş vurmaq olar. 

Dr. Dyt. Tutu Zeynalova