Dietoloq Tutuya böyük sürpriz: " İlin ən yaxşısı..."

31 Mart 2017
Dietoloq Tutuya böyük sürpriz: " İlin ən yaxşısı..." - VİDEO
Tanınmış həkim dietoloq Tutu Zeynalovanın tutudiet.com bloqu Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstək verdiyi NETTY 2016 Azərbaycan Milli İnternet Mükafatının qaliblərindən biri olub.

"İlin ən yaxşı şəxsi saytı" nominasiya üzrə qalib olan bloqun təsisçisi T.Zeynalova sevincini BiG.AZ-la bölüşüb:

"Bu mənə böyük sürpriz oldu və gözləmirdim. Amma mənim üçün nəhəng motivasiyadır. Çalışacağıq ki, sayt təkmilləşsin və çox faydalı olsun".

Qeyd edək ki, tanınmış dietoloq Tutu Zeynalova sağlam qidalanmaq arzusunda olub, mükəmməl çəkiyə sahib olmaq istəyənlər üçün tutudiet.com bloqunu və "Tutu diet Youtube" kanalını təqdim edib.