TUTU: "Pulsuz əməliyyatlar edirik"

31 Mart 2017

TUTU: "Pulsuz əməliyyatlar edirik" - "Xəzər TV" də BİR İLKƏ İMZA ATILDI


- Yeni verilişiniz xeyirli, uğurlu olsun. Dietoloq sonra radio aparıcısı indi isə TV aparıcısı Tutu Zeynalova. Sürətlə addımlayırsınız. 

- Radiodan televiziyaya transfer oldum. Televiziyada işləmək daha çətindir, daha çox zaman alır. Çünki radioda vizaj, saç o qədər önəmli deyildi, sadəcə səs eşidilirdi. Bir az zaman baxımından çətindir çünki, verilişə öncədən hazırlıq olmalıdır. Gələn qonaqların razı getməsi önəmlidir. Xalqın tibbi biliklərini genişləndirmək lazımdır. Veriliş ərzində 3 dəfə diet köşəmiz baş tutur. Sağlamlıq mövzusunda faydalandırırıq. Müasir tibbdə, bütün sahələrdə baş verən yenilikləri, yeni müalicə üsullarını həkimlər vasitəsilə çatdırırıq. Tibbi bilikləri artıraraq tamaşaçılara təqdim edirik ki, ən azı sağlamlıqla bağlı problemləri ortaya çıxanda qarşısın ala bilsinlər.

TUTU: "Pulsuz əməliyyatlar edirik" - "Xəzər TV" də BİR İLKƏ İMZA ATILDI

- Sosial şəbəkədə görürəm ki, dinləyiciləriniz radiodan uzaqlaşdığınıza görə, şikayətlənirlər. 

- Bəli, darıxırlar. Məndə darıxıram (gülür-red) Bilirsiz ki, mən həkim kimi də çalışıram. Günün birinci yarısı xəstələrimə baxıram. Bəzən olur ki, televiziya verlişi bitəndən sonra da, qayıdıram xəstəxanaya axşam saatlarına kimi orda oluram. 

- Bəs yorulmursunuz, necə bacarırsınız? 

- Yoruluram, amma, işimi sevirəm. Sevməsəydim, yəqin ki, bacarmazdım. 

- Bilməyən oxucularımız üçün "Həkim işi" verilişinizin vaxtın xatırladaq ...

- Həftə içi beş gün, "Həkim işi" 14:25-dən 16:00-a kimi "Xəzər" telekanalında yayımlanır. Biz ilk etdik. İnsanları canlı - canlı pulsuz müayinələrə dəvət edirik. Canlı yayımda göz müayinəsi etdik, hansı problemləri var onları insanlara dedik. Hər ay 2 xəstə seçirik və pulsuz əməliyyat etdiririk. 

- Estetik əməliyyatları da ?

- Həm də həmin kəsdə sağlamlıq probleminin olması önəmlidir, sadəcə imkansız olanlar əməliyyat olunur. Bir xəstə var idi 25 kilo arıqlamışdı ancaq, qarnında sallanmalar var idi. Biz əməliyyat edərək o sallanmaları aradan götürdük. Həmin xəstənin maddi vəziyyəti olduqca aşağı idi. Daha bir xəstəmiz 2 yaşlı qız idi. Saçların yığmağa imkan vermirdi, çünki, kompleksi var idi. Çox xoş idi onu pulsuz əməliyyat etmək, ilk dəfə efirdə saçlarını yığdı. Plastik əməliyyatları keçirən həkim dr Dilqəm Məhərrəmovdur. 

TUTU: "Pulsuz əməliyyatlar edirik" - "Xəzər TV" də BİR İLKƏ İMZA ATILDI

- Mən də gələcəm, kömək edəcəksiz.

- Gəlin, əlbəttə. (gülürük -red) 

- Həm savab qazanırsız, həm də, tamaşaçıya kömək edirsiniz. Bu Azərbaycan televiziyasında bir ilkdir. 

- Bu arxamızda dayanan güclü komandanın zəhmətidir. Həm "Xəzər"in rəhbərliyi tərəfindən dəsətək, bizə verilən azadlıqdır ki, istədiyimizi tamaşaçıya uyğun şəkildə çatdıra bilirik. 

ƏFRUZƏ AĞAYEVA