Son günlərdə “Detoks” kəlməsini tez-tez eşidirik, bu dəbdir mi ? yoxsa… ?
Tehsil-press.az

31 Mart 2017
Detoks nədir ? - Dietoloq Tutu Zeynalovadan öyrənin
Son günlərdə “Detoks” kəlməsini tez-tez eşidirik, bu dəbdir mi ? yoxsa… ?

Detoks orqanizmin toksinlərdən təmizlənməsi deməkdir. Bu barədə tanınmış dietoloq Tutu Zeynalova tehsil-press.az-a məlumat verib: 
"Biz istəsək də istəməsək də orqanizmimizdə toksinlər ( orqanizm üçün zərərli maddələr ) toplanır. Bu toksinlər istifadə etdiyimiz qidalardan başlayaraq kosmetik vasitələrə kimi hər şeydə bizi təqib edir. 

Detoksa nədən başlamaq lazımdır ?
Son zamanlar hər kəs əlində bir şüşə su , içində limon, xiyar “detoksdayam” deyir. Sonra da o suyun üstündən qızardılmış xörək, ya da şirniyyatla çay içir. Detoks bir tək su içməkdən ibarət deyil. Orqanizmdə hər tərəfli iməcilik etmək lazımdır. Həm orqanizmin, həm ruhunuzun , həm dərinizin detoks olmasını təmin etmək lazımdır. Bunun üçün öncə bir check-up müayinədən keçib hər hansı bir sağlamlıq probleminizin olub olmadığını müəyyən etmək zəruridir.

Detoks neçə gün davam etməlidir ?
Detoks 3-5 gün , maksimum 1 həftə davam edə bilər .

Detoks günlərində ancaq 1 qidadan istifadə etmək olarmı ?
Xeyr qətiyyən ! Mono qidalanma orqanizm üçün təhlükəlidir və vitamin mineral depolarına zərər verir.

Detoks günlərində hansı qidalardan uzaq durmaq lazımıdır ?
Orqanizmə zərər verən bütün faktorlardan uzaq durmaq lazımdır. Ilk öncə siqaret və spirtli içkiləri, enerji içkilərin, meyvə şirələri və qazlı şirin içkiləri həyatınızdan çıxarmağınız vacibdir. Daha sonda qəhvə və qara çayın ıstifadəsi tövsiyyə olunmur.

Bəs nə içək ?
Su ! dünyada tapa biləcəyiniz ən gözəl içki sudur. Bundan əlavə bitki çayları istifadə etməkdə məqsədə uyğundur. Suyunuzu dadlandırmaq üçün və immun sisteminizi də gücləndirmək üçün suya limon, xiyar, nanə yarpaqları, portağal və s. əlavə edə bilərsiz.

Bəs ərzaqlardan hansıları rasiondan çıxartmalıyıq ?
Təbii ki, orqanizmdə təmizlikdən söhbət gedirsə bəyaz unu, fast – foodları, qızardılmış və yağlı yeməkləri rasiondan çıxartmaq vacibdir. Bundan əlavə duzun istifadəsini də minimuma endirmək lazımdır. Daha çox tərəvəzlərə, bol göyərtiyə, dənli bitkilərə üstünlük vermək tövsiyyə olunur. yeməklərin bişirilmə qaydası da vacibdir. çiy yeyilə bilənlərini çiy, digərlərini soyutma şəklində istifadə etmək məsləhət görülür və yaxşı – yaxşı çeynəmək, tələsmədən yemək.

Qeyd etdiz ki ruhumuzun da təmizlənməyə ehtiyacı var . bu necə olacaq ?
Bu günlərdə stressdən uzaq durmağa çalışmaq lazımdır. Ağır idman növlərindən uzaq durmaq, hər gün təmiz havada gəzmək , dincəlmək və yuxu saatı da önəmlidir. Detoks günlərində masaj və kontrast duş da faydalı olar .

Son olaraq oxuculara tövsiyyəniz.
Özlərinə zaman ayırsınlar, sağlamlıqlarını sağlam ikən qorusunlar, sağlam qidalanaraq sağlamlıqlarına yatırım etsinlər və bu mövzuda mütəxəssislərdən məsləhət almağa çəkinməsinlər. Axı həyatda heç nə və heç vaxt bizim sağlamlığımızdan önəmli ola bilməz…".

Tehsil-press.az