Gül Kələm Çığırtması

21 Mart 2017

Ərzaqlar  :

-       Gül kələmi – 1 kiçik boy

-       Yumurta – 1 ədəd

-       Süd – ¼ st

-       Un -1 x.q

-       Duz, istiot

-       Zeytun yağı  2 x.q

Hazırlanması : 

Qaynayan suya duz əlavə etdikdən sonra , gül kələminin qanadlarını ayırıb qazana əlavə edirik. Pörtlədib soyuq suya salırıq . Ayrı bir qabda yumurta, süd, un, duz, istiot qarışdırıb gül kələmini də əlavə edirik. Tavaya yağ əlavə edib gül kələmini 2 tərəfli qovururuq. Qatıq və göyərti ilə servis edirik

1 pors = 4 x/q= 1 tərəvəz+1/2 sud+1 ət+ 1 yağ