İmtahanlarda uğurlu nəticə əldə etmək üçün 9 əvəzolunmaz məsləhət

22 Mart 2017

Artıq qəbul və semestr imtahanlarına sayılı günlər qalıb. Hər bir abituriyent və tələbə uğurlu nəticə əldə etmək istəyir.

Amma çox vaxtı, imtahan təlaşı və gün ərzində bir neçə müəllimlə məşğələlərdən yüklənmiş gələcək tələbənin və ya hər hansı bir universitetin hazırda tələbəsi olan şəxsin semestr imtahanlarına hazırlığı yemək məsələsini ikinci plana salır ki, bu da əslində onun imtahandaki performansına ciddi təsir edir.

Bununla bağlı, imtahanda performansınıza müsbət təsir etmək məqsədilə bir neçə tövsiyə vermək istərdim:

1. Mütləq səhər yeməyi yeyin. Və bunu imtahan günü olmaqla hər gün düzənli bir şəkildə edin. Aparılan elmi çalışmalar da səhər yeməyi yeməyən tələbələrdə diqqət dağınıqlığı, baş ağrısı və yorğunluğun daha çox rast gəlindiyini göstərir. Çünki gecədən ac qalan bədən ve beynimizin səhər enerjiyə ehtiyacı var. Səhər yeməyində yumurtanın olması vacibdir.

11055484_883738011669495_1599579037_n

2. Aşırı şəkərli və duzlu qidalardan uzaq durun, şirniyyat istədiyiniz zaman südlü şirniyyatlara üstünlük verin, quru meyvələrdən istifadə edin (əncir, qayısı, kişmiş).

a35ad9

3. Kofeinli içkilerin qəbulunu azaldın. Xüsusilə axşam saatlarında istifadə etməyin. Onların yerinə bitki çaylarından istifadə edin.

no-caffeine-icon

4. Açıqda satılan, zəhərlənməyə səbəb ola biləcək qidalardan uzaq durun.

street-food1

5. Imtahana 2 həftə qalmış həftədə 3-4 dəfə balıq istifadə edin ki, omega3 yağ turşuları sayəsində sizin zehni performansınız yüksəlsin. Digər günlər qırmızı ət, toyuq əti istifadə edin.

salmon

6. Ara öyünlərdə təzə meyvələrdən istifadə edin.

photo

7. Hər gün 3-4 qoz və ya 1 ovuc badam yeməyiniz yaddaşınızı gücləndirər və imtahan stresinizi azaldar.

gazibeyoglu_kuruyemis_kadirli8

8. İmtahana bir gün qalmış həzm problemləri, köp yarada biləcək qidalardan uzaq durmağınız tövsiyə olunur.

5696182318c7735950374395

9. Ve bol bol su içməyi də unutmayin!

arı-su

Ölkəmizin parlaq və sağlam gələcəyi naminə imtahanda gözəl nəticələr əldə etməyiniz arzusu ilə,

Sizin həkim-dietoloqunuz Tutu Zeynalova