Kefir içmək üçün 9 səbəb

22 Mart 2017

Kefir- tərkibində faydalı bakteriyalar olan, mayalanmış süd məhsuludur. O, nəinki artıq çəkidən azad olmağa kömək edir, həmçinin bağırsaq mikroflorasını normallaşdırır.

Müasir təbabət kefirin faydalı xüsusiyyətlərini meydana çıxartmışdır:

  1. Kefir bizim bağırsağımızın fəaliyyətini tənzimləyir. Xüsusilə bağırsaq infeksiyası keçirmiş uşaqlara faydalıdır. O bağırsağın normal mikroflorasını bərpa edir.
  2. Kefir- “Canlı məhsuldur”. Tərkibindəki bifidobakteriyalar sayəsində xəstəlik yaradan mikroorqanizmlərin inkişafının qarşısını alır.
  3. Antibiotiklərin istifadəsi zamanı kefir onların faydalı bakteriyalarına mənfi təsirini minimuma endirir.
  4. Kefir orqanizmimizi bioloji aktiv elementlərlə təmin edir.
  5. Kefir qəbəlik və kolitlərin profilaktikasıdır.
  6. Kefir- qanda xolesterinin miqdarını azaldır
  7. Kefir- bağırsaq xərçəngi riskini azaldır.
  8. Kefir- immun sistemini gücləndirərək, allergik reaksiyalarını azaldır.
  9. Kefir- protein və kalsium mənbəidir, deməli sümüklərimizin möhkəmlənməsini təmin edir. Yaşlılarda osteoporzun profilaktikası üçün vacibdir.