Tez arıqlamaq üçün 7 əvəzolunmaz qida növü

22 Mart 2017

Çox vaxt mənə nə yesəm də tez arıqlasam sualını verirlər. Təbii ki, illərlə yığılan yağları bir anda yox edəcək möcüzə qida yoxdur 

Lakin, müəyyən qidalar var ki, tərkiblərinə görə bizə itirdiyimiz çəkinin məhz yağdan getməsinə kömək edir.

Əgər Siz də sağlam arıqlamaq və itirdiyiniz çəkinin yağdan getməsini istəyirsizsə, bu qidaları rasionunuzdan əksik etməyin.

1. Yumurta – aparılan elmi çalışmalar göstərir ki, günə 2 yumurta yeyən insanlar günə 350 kalori daha az yemək qəbul edir.

yumurta

2. Qoz – omega 3 qaynağı olduğu üçün metabolizmamızı sürətləndirir.

SONY DSC

3. Yaşıl çay – tərkibindəki katexin maddəsi sayəsində güclü antioksidant təsiri göstərir, maddələr mübadiləsini sürətləndirir, yağ yandırmağa kömək edir. Katexinlər bədənimizi sərbəst radikallardan azad edir, damarlarımız divarlarını qoruyaraq ateroskleroz riskini azaldır, həmçinin antibakterial təsir göstərir.

yasil-cay

4. Ədviyyatlar – qırmızı bibər. Tərkibindəki Kapsaisin sayəsində fermentləri aktivləşdirərək, maddələr mübadiləsini sürətləndirir,  yağları yandırmağa kömək edir.

qirmizi-biber

5. Qatıq – CLA – konyuge olmuş linol turşusu – yağ toxmasının azalmasına kömək edir. Tərkibindəki Kalsium erkən osteoporoz riskini azaldır. Bağırsaqlarımızın mikroflorasına müsbət təsir edir.

Greek yogurt

6. Paxlalılar – Aparılan elmi çalışmalar göstərir ki, həftədə 2 dəfə yeməklərdə paxlalılardan istifadə edən insanların BKİ, Bel çevrəsi, Bədən YAG nisbəti daha azdır.

paxlalilar

7. Su – yeni aparılan bir araşdırma su içməyin çəki verməni sürətləndiriyini göstərir. 500 ml su artırmaqla metabolizma sürətinin 30% artdığı göstərilmişdir. Su həm iştahı azaldır, bədəndən toksinlərin atılmasını təmin edir. Yetərli su içmək susuzluqla aclığı qarışdırmamızın qarşısını alır.  Bol su için. Amma birdən yox gün ərzində.

su

Və unutmayın ki, həyatda heçnə heç vaxt sağlamlığınızdan önəmli deyil