İftarda düzgün qidalanma

07 İyun 2016

Ramazan ayında oruc tutmaq ruhumuz və bədənimiz üçün bir təmizlənmədir.  Bu təmizlənmə dönəminin  bədənimiz üçün sağlam bir şəkildə həyata keçməsi üçün, Ramazan ayında da hər zaman olduğu kimi yeterli və keyfiyyətli qidalanmalıyıq …

Uzun müddətli aclıq və ümumi öyün sayımızın azalması maddələr mübadiləsinin zəifləməsinə gətirir ki, bu da çəkimizi nəzarət altında tutmağımızı çətinləşdirir. Ancaq düzgün qidalanaraq Ramazan ayını sağlam keçirə bilərik .

Ramazan ayında da orqanizmimiz ehtiyacı olan  vitamin, mineral , karbohidrat, protein və yağları yetərli miqdarda almalıdır.

Ramazan ayında bədənimiz  zərərli maddələrdən azad olaraq özünü yeniləyir. spirtli içki və siqaret  olmadığı üçün qanımız , qaraciyərimiz təmizlənir. Amma bədənimizə yardım etmək üçün qida rasionumuza da diqqət yetirməyimiz önəmlidir.

Xroniki xəstəliklərdən əziyyət çəkənlər, şəkər diabet, böyrək xəstəlikləri, hipertoniyası olanlar, ,hamilə və süd verən qadınlar,  dərman istifadə edən insanlar həkimlə məsləhətləşmədən oruc tutmamalıdır.

Ramazan ayında qidalanma düzənində ki dəyişikliyə bağlı olaraq sağlam insanlar da belə qəbzlik, mədə yanması, yuxululuq, unutqanlıq, diqqətsizlik, baş ağrısı, qan şəkərinin düşməsi, çəki artışı kimi şikayətlər meydana gələ bilər.  Orqanizmdə baş verən dəyişiklikləri göz önünə alaraq bu şikayətləri minimum endirəcək bir şəkildə qidalanma planımızın olması zəruridir.

 

RAMAZANDA DÜZGÜN QİDALANMA

Ramazan ayında kilo almanın başlıca səbəbi olaraq iftar yeməyində aşırı qida qəbulu və ardından heç bir fiziki aktivliyin olmamasını göstərmək olar. Ramazan ayında hədəfimiz kilo verməkdən çox mövcud kilomuzu qorumaq olmalıdır. Imsaqda qidalanma mövzusuna daha öncəki məqaləmdə toxunmuşdum. Indi də iftardan danışaq J

Yetərincə su qəbul olunmalıdır !

Ramazan ayı boyunca yetərli və dəngəli qidalanmaq vacibdir.

963568_e44d78b58bc27de732564ab347480ac7_640x640edfwerfwef

Ramazan ayında öyünlər, sahur və iftarda 2 ana yemək və iftardan sonra 2 ara öyün şəklində düzənlənməlidir.

Fruit-and-vegetables-plate-food-clock

Iftara pendir, pomidor, zeytun kimi və ya şorba kimi yüngül yeməklərlə başlanması, 10-15 dəq sonra az yağlı ət yeməyi, tərəvəz yeməyi, salatla davam etmək məqsədəuyğundur. Birdən birə çox yemək boş mədənin yüklənməsinə səbəb olar. Həzm çətinləşir, mədədə ağırlıq, yanma, bulanma, turşuma, bağırsaqlarda qəbzlik , köp kimi problemlər yaranır. Qlisemik indeksi yüksək olan qidalardan uzaq durmaq məsləhətdir. Ağ çörək, düyü kimi qidaların yerinə bulgur, kəpəkli çörək və ya kəpəkli makaron istifadə edə bilərsiz.

47759_szt5tioyrm

Gündə ortalama 2-2.5 su içməyə çalışmaq lazımdır. Çünki gün ərzində içilməyən suyu iftardan sonra da içməsəniz halsızlıq, yuxululuq, həzm problemləri, mədə ağrıları yarana bilər. Həmçinin qan təzyiqinin aşağı düşməsinə gətirib çıxara bilər. Maye itkisi həm də iş qabiliyyətinin də aşağı düşməsinə səbəb ola bilər.

030620160212399612794_2

Iftarda aşırı şərbətli, yağlı şirniyyatlar yerinə südlü şirniyyatlardan istifadə etmək məsləhət görülür. ( sütlac, və s.)

firin-sutlac-tarifi

Yeməkləri tez-tez yemək olmaz. Yavaş-yavaş yaxşıca çeynəyərək yeyilməlidir.

Woman eating scrambled eggs with a fork

Bir dəfəyə böyük porsiya yerinə bir saat arayla hər dəfə az-az yeməyiniz məsləhətdir.

Healthy young woman eating salad

Iftar yeməyindən sonra dərhal televizor və ya komputer qarşısına keçmək, divanda uzanmaqdansa bir az hərəkət etməyə çalışın, qısa məsafəli gəzintilər həzmə kömək edəcəkdir.

mindless-eating

Razaman ayında yeməkləri bişirmə qaydasıda önəmlidir. Özəlliklə soyutma, kabab, sobada bişmiş yeməklərə üstünlük verilməlidir. Qovrulmuş , qızardılmış qidalardan mümkün olduğu qədər uzaq durmaq lazımdır.

9c0d9fff9feb867aeb843e90abf1d66c

Qidalanmada baş verən dəyişikliklərə bağlı olaraq yarana biləcək qəbzliyin qarşısını almaq üçün lifli qidalara üstünlük vermək lazımdır. (paxlalılar, kəpəkli taxıllar, tərəvəzlər.ara yeməklərdə fındıq, qoz, badam kimi çərəzlər, quru meyvələr)

The-Best-8-High-Fiber-Foods-to-Help-You-Lose-Weight

Çay, qəhvə dəmir mənimsəməsini azaltdığı üçün yeməkdən ən tez 1 saat sonra içilməlidir.

estamos-invitados-a-tomar-el-te-7-cosas-que-no-sabias-sobre-esta-popular-bebida-6

ALLAH ORUCUNUZU QƏBUL ETSİN !