Sahurda düzgün qidalanma

05 İyun 2016

Ramazan ayında oruc tutmaq ruhumuz və bədənimiz üçün bir təmizlənmədir. 

Bu təmizlənmə dönəminin bədənimiz üçün sağlam bir şəkildə həyata keçməsi üçün, Ramazan ayında da hər zaman olduğu kimi yetərli və keyfiyyətli qidalanmalıyıq..

Uzun müddətli aclıq və ümumi öyün sayımızın azalması maddələr mübadiləsinin zəiflənməsinə gətirir ki, bu da çəkimizi nəzarət altında tutmağımızı çətinləşdirir. Ancaq düzgün qidalanaraq Ramazan ayını sağlam keçirə bilərik.

Ramazan ayında da orqanizmimiz ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein ve yağları yetərli miqdarda almalıdır.

Ramazan ayında bədənimiz zərərli maddələrdən azad olaraq özünü yeniləyir. Spirtli içki və siqaret olmadığı üçün qanımız, qaraciyərimiz təmizlənir. Amma bədənimizə yardım etmək üçün qida rasionumuza da diqqət yetirməyimiz önəmlidir.

Xroniki xəstəliklərdən əziyyət çəkənlər, şəkər diabet, böyrək xəstəlikləri, hipertoniyası olanlar, hamilə və süd verən qadınlar, dərman istifadə edən insanlar həkimlə məsləhətləşmədən oruc tutmamalıdır.

Ramazan ayında qidalanma düzənindəki dəyişikliyə bağlı olaraq sağlam insanlar da belə qəbzlik, mədə yanması, yuxululuq, unutqanlıq, diqqətsizlik, baş ağrısı, qan şəkərinin düşməsi, çəki artışı kimi şikayətlər meydana gələ bilər.

Orqanizmdə baş verən dəyişiklikləri göz önünə alaraq bu şikayətləri minimuma endirəcək bir şəkildə qidalanma planımızın olması zəruridir.

RAMAZANDA DÜZGÜN QİDALANMA

Ramazan ayında kilo almanın başlıca səbəbi olaraq iftar yeməyində aşırı qida qəbulu və ardından heç bir fiziki aktivliyin olmamasını göstərmək olar. Ramazan ayında hədəfimiz kilo vermekdən çox mövcud kilomuzu qorumaq olmalıdır.

Başlayaq sahurdan

Yetərincə su qəbul olunmalıdır!

  1. Ramazan ayı boyunca yetərli və dəngəli qidalanmaq vacibdir.
    11055484_883738011669495_1599579037_n
  2. Ramazan ayında öyünlər, sahur və iftarda 2 ana yemək, və iftardan sonra 2 ara öyün şəklində düzənlənməlidir.
    photo
  3. Oruc tutanların mütləq sahura qalxmaqları sağlamlığımızı qorumaq baxımından önəmlidir. Sahurda yumurta, süd, qatıq, pendir kimi qidalardan ibarət yüngül bir səhər yeməyi yeyilməli, ya da şorba, tərəvəz və zeytunyağlı yeməklərdən ibarət bir öyün tərcih edilməlidir. Ancaq gün ərzində aşırı aclıq problemi olanlar paxlalılardan, mərcimək, bulgur plovu kimi yeməklər istifadə edə bilərlər. Aşırı yağlı, duzlu və ağır xəmir yeməklərdən uzaq durmaq məsləhətdir.
    sahur
  4. Gündə ortalama 1.5-2.0 lt. su içməyə çalışmaq lazımdır. Çünki gün ərzində içilməyən suyu iftardan sonra da içməsəniz halsızlıq, yuxululuq, həzm problemləri, mədə ağrıları yarana bilər. Həmçinin qan təzyiqinin aşağı düşməsinə gətirib çıxara bilər. Maye itkisi həm də iş qabiliyyətinin də aşağı düşməsinə səbəb ola bilər.
    arı-su
  5. Yeməkləri tez-tez yemək olmaz. Yavaş-yavaş yaxşıca çeynəyərək yeyilməlidir.
    47149-300x187

 Ardı var…

ALLAH ORUCUNUZU QƏBUL ETSİN