Su içməyin vacibliyinə dair 5 qızıl məsləhət

08 Aprel 2016

Bir çox pasientlərimə gündə nə qədər su içirsiniz sualı verdiyim zaman, məlum olur ümumiyyətlə su içmirlər. Bəhanələr müxtəlifdir J “Susamıram” deyənlər də olur, “suyu sevmirəm”,  “su içəndə ürəyim bulanır” , “içə bilmirəm” deyənlər də. Bəzi insanlar su ehtiyacını digər içkilərdən ödədiklərini iddia edirlər .

İlk öncə onu qeyd edim ki, Su – dünyada tapa biləcəyiniz ən gözəl içkidir və digər heç bir içki suyun yerini verə bilməz !  Su ichmək üçün susamağı gözləmək lazim deyil. Və su içmək üçün suyu özünüzə sevdirməlisiniz. Su içməmək üçün deyil, içmək üçün bəhanələr axtarın .

Su içə bilməyənlər üçün təcrübəmnən irəli gələn tövsiyələrimi sizinlə paylaşmaq istəyirəm.

  1. Əgər heç su içmirsizsə yuxudan oyanan kimi ən azınnan 2-3 qurtum su için. Zamanla bu miqdarı 2 bokala kimi artırın . orqanizmimizin xaricdən duş almağa ehtiyacı olduğu kimi daxildəndə bir duşa ehtiyacı olduğunu unutmayın. Və səhər içdiyiniz suyu gecədən susuz qalan bədəninizə verdiyiniz mükafat kimi düşünün J
  2. Suyu armudu stəkanla içməyə başlayın sonra daha böyük bokala keçin.
  3. Sizə su içməyi xatırladacaq yollar axtarın. Məsələn kompüterinizin ekranına su şekli yerləşdirin, masanızın üzərinə gözəl bir sürahi qoyun və günün sonuna onun içindəki suyu bitirməyi hədəfləyin. Telefonunuza sizə su içməyi xatırlatan proqram yazdırın. ətrafınızdaki dostlarınızdan sizə su içmənizi xatırlatmağı xahish edin .
  4. Suyun dadını dəyişdirməyi sınaqdan keçirə bilərsiz məsələn içinə limon, nanə ve ya sevdiyiniz meyvələrdən dilimləyib dadını dəyişə bilərsiz . buz da əlavə edib daha ləzzətli edə bilərsiniz.
  5. Içdiyiniz süd məhsullarını sulandıra bilərsiz (süd, ayran və s)

Və yavaş-yavaş suyu həyatınız bir parçasına çevrildiyinin şahidi olacaqsız. Indi isə gedin və dərhal özünüzə bir stəkan su süzün !