Qəbzliyi tez aradan qaldırmaq üçün 6 qayda

22 Fevral 2016

Qəbzlik son günlərə ən çox eşitdiyimiz şikayətlərdəndir.  Və əksər hallarda buna səbəb yalnış qidalanmadır. Gəlin qəbzliyi yaradan faktorları gözdən keçirək ki, hər kəs özündəki səbəbi daha yaxşı görə bilsin.

Qəbzliyə səbəb olan faktorlar:

  • Düzənsiz yemək saatları
  • Fastfood tipli qidalar
  • Şəkərli qidaların aşırı qəbulu
  • Gündəlik fiziki aktivliyin az olması
  • Su qəbulunun 8-10 stəkannan az olması
  • Lifli qidaların rasionda olmaması
  • Su əvəzinə çay və qəhvə, qazlı içkilərin istifdəsi

Bu faktorlar bağırsaq hərəkətlərini yavaşladan və qəbzliyə səbəb olan ən böyük faktorlardır

Qəbzlik  ehtimalını minimuma endirmək  üçün nə etməliyik ?  Aşağıda qeyd etdiyim dəyişiklikləri etsəniz  – 1 həftə sonra təşəkkür mesajı alacağıma inanıram 

  • Su! Hər gün 8-10 stəkan su için (bədən suyun 10% azalması qəbzlik yaranmasına səbəb olur)

arı-su

  • Səhər yeməyi önəmlidir (günə 1 st su ilə başlayıb saat 09.00-a kimi səhər yeməyinizi bitirin)

97d6fa456aa20b14bb1bdfc3a8370f29

  • Fiziki aktivliyinizi artırın – hər gün 1 saat gəzin

art_11_oct_1

  • Rasionunuzda quru meyvələrdən istifadə edin – (qayısı, xurma, gavalı – kompotu/ marmeladı)

a35ad9

  • Maqneziumdan zəngin qidaları rasionunuza salın – bağırsağın yaxşı çalışmasını təmin edir (ispanaq, pazı, pəlpətöyün, fındıq, badam, qoz, noxud, lobya  və s.)

gazibeyoglu_kuruyemis_kadirli8

  • Yemək saatları önəmlidir (yemek saatlarını geciktirməyin)

6824686-Abstract-detailed-clock-with-food-and-kitchen-utensils-Stock-Vector

Bu qaydalara riayət etdikdə qəbzlik yaranma ehtimalı minimuma düşür.

P.S Bu qaydalara riayət etmənizə baxmayaraq, qəbzlik probleminiz davam edirsə həkimə müraciət etməyi unutmayın!

Unutmayın ki, həyatda heçnə və heç vaxt sizin sağlamlığınızdan daha vacib ola bilməz!