Mədə kiçiltmə əməliyyatına bir həkim-diyetoloq olaraq münasibətim

11 Fevral 2016

Əziz oxuyucularım, bu məsələ ilə bağlı ATV.az-a bildirdiyim münasibətimi sizlərlə də paylaşıram:

“Mədə kiçiltmə əməliyyatı hazırda bütün dünyada, Avropada, Türkiyədə çox geniş yayılıb. Azərbaycanda da son zamanlar geniş yayılan bu əməliyyat üçün mütləq göstəriş lazımdır. Yəni 1 il ərzində 2 müxtəlif diyetoloqdan xəstə nəticə ala bilmirsə, bədən indeksi 40-ın üzərindədirsə və bir çox xəstəliklərin riski artırsa, onda bu əməliyyatı etmək olar. Amma burada bir komanda işi önəmlidir. Azərbaycandan bariatik cərrahiyə üzrə kurs keçən yeganə diyetoloqam, yəni o cür xəstələr özləri gəlib məni tapır. O cür xəstələrin əməliyyata gedib-getməyəcəyini bir tək cərrah qərar verə bilməz. Burada cərrah, kardioloq, qastroenteroloq, diyetoloq və s. hamısı birgə qərar verməlidir”.

Və son olaraq, unutmayın ki, həyatda heç nə və heç vaxt sizin sağlamlığınızdan daha vacib ola bilməz!