Dumansız həyata başlayın!

03 Yanvar 2016

Siqareti tərgitmək üçün sadəcə “siqareti tərgitdim“ demək yetməz. Siqareti həyatınızdan çıxarmanızın səbəblərini ortaya qoyun. Lazım gələrsə mütəxəssisdən kömək alın. Dumansız həyata başlayın!

Siqareti tərgitmə gərçəkləriniz hansılardır? Bunları bir kağıza yazıb tez-tez baxdığınız bir yerə yapışdırın. Yaşınız neçə olursa olsun və siqareti neçə müddət istifadə etdiyinizin heç bir fərqi yoxdur. Siqareti tərgidən kimi özünüzü çox daha yaxşı hiss edəcəksiniz. Siqareti tərgitməklə orqanizminizin gümrahlaşdığını dərhal hiss edəcəksiniz. Və inanın ki, siqareti atdığınız üçün bədəniniz Sizə təşəkkür edəcək.

Siqaret çəkmədiyiniz vaxtları xatırlayın, o vaxtlar necə rahat və gümrah olduğunuzu.

Siqaretə xərclədiyiniz pula özünüzə hədiyyə alın.

Siqareti tərgitdinizsə, ona geri dönməmək üçün yazılanları unutmayın.

Çünki fərqində olmasanız belə çəkdiyiniz hər siqaret sizi öldürür. Bəli, bəli hər siqaret sizi ölümə bir addım daha yaxınlaşdırır.

İnsanlığın ən böyük düşməni, ən böyük qatili, terrordan daha təhlükəlidir siqaret. Bir ildə siqaretdən ölənlərin sayı terrorda və qəzalarda ölənlərin sayından 15 dəfə çoxdur.

Siqaret çəkəndə nə olur:

  • Siqaret damarlarda qan axınını çətinləşdirir;
  • Siqaret ağciyərləri bitirir;
  • Siqaret göz dibində qanamalara yol açar;
  • Siqaret beyin-qan dövranını pozur;
  • Siqaret ağız xərçənginə səbəb olar;
  • Siqaret qırtlaq xərçənginə səbəb olar;
  • Siqaret ağciyər xərçənginə səbəb olar.

Bir sözlə, hər siqaret sizi ölümə bir az daha yaxın edir…

Gəlin görək siqareti tərgitdikdən  sonra orqanizmdə hansı dəyişikliklər baş verir:

  1. Siqareti tərgitdikdən 20 dəqiqə sonra AT (arterial təyziq) normallaşır, əl-ayaqlar isinir;
  2. 8 saat sonra karbonmonoksid bədəndən tamamən atılır;
  3. 8 həftə ərzində dad və qoxu hissləri bərpa olur;
  4. 12 həftə sonra ağciyərlər özünü təmizləmə imkanına qovuşur;
  5. 4 ay sonra ağciyər funksiyasını 30 % artır;
  6. 12 ay sonra infarkt keçirtmə riski azalmağa başlayır və 2 ci ilin sonunda yarıya düşür;
  7. 1 il sonra günə 1 qutu siqaret çəkən insan 1500-2000 manat pul toplamış olur (tətilə gedə bilər