Qidalanma rasyonunun ürək-damar sisteminə təsiri

17 Mart 2019

1990 - cı ildən 2016 - cı ilə qədər Dünya Səhiyyə Təşkilatına (World Health Organization) daxil olan 51 Avropa ölkəsində Ürək-damar ölümlərinin diet risk faktorları və bunların sistematik təhlili

Qida risk faktoru ilə ürək-damar xəstəliyi (cardiovascular diseases - CVD) arasındakı əlaqəni aydınlaşdırmaq üçün Ümümdünya Səhiyyə Təşkilatına (WHO) daxil olan Avropa ölkələrində araşdırmalar həyata keçirilmişdir. 1990 və 2016 - cı illər arasında qidalanmadan asılı olan ürək-damar xəstəlikləri ölümləri yaş və genderə görə11 ürək-damar xəstəliyi (cardiovascular diseases - CVD) formasına, 20 qida qrupuna və toplam 27 riskə bölünür. 2016 – cı ildə Ümümdünya Səhiyyə Təşkilatına (WHO) daxil olan Avropa ölkələrində (4 bölgə olaraq Qərbi Avropa, Şərqi Avropa, Mərkəzi Avropa və Mərkəzi Asiya) qeyd olunan 2.1 milyon ürək-damar ölümünün qidalanma riski ilə bağlı olduğu aşkar edilib. Bu da toplam ölümlərin 22.4% -ni və CVD ölümlərinin 49.2% -ni təşkil edir. Qidalanma risk faktorlarını tək-tək nəzərdən keçirdikdə, əsasən taxıl tərkibinin, çərəz və toxumların, meyvələrin və omeqa-3 turşularının az olduğu dietanın və natriumun çox olduğu dietanın ölümlərə təsir etdiği aşkar edilib. 1990 – cı ildən 2016 – cı ilə qədər 12,3 milyondan 17,6 milyona artan ölüm sayı nəzərə alındıqda, ürək-damar xəstəlikləri CVD dünya miqyasında ölümə səbəb olan əsas göstəricilərdən biri həsab edilir. 2016 - cı ildə dünya miqyasında 9,1 milyon erkən ürək-damar xəstəliyi - CVD  ölümününqidalanma ilə əlaqəli olması qeydə alınmışdır. Əsas risk faktorının qidalanma olmasına baxmayaraq, həyat tərzi ilə bağlı olan fiziki hərəkətsizlik, siqaret çəkmək, spirtli içki içmək ürək-damar xəstəliklərinin - CVD  yaranmasına səbəb olan digər risk faktorlarından biridir. Buna görədə, optimallaşdırılmış qidalanma ürək-damar xəstəliyinin - CVD  öhtəsindən gəlmək üçün əsas effektiv yoldur. Beləliklə, optimallaşdırılmış yəni balanslaşdırılmış qidalanma ilə hər 5 erkən ölümdən birinin qarşısı alına biləcəği düşünülüb.

İşin əsas məqsədi aşağıdakı kimidir:

1) 2016 – cı ildə milli səviyyədə ürək-damar xəstəliyi ilə bağlı ölüm statusunun qidalanma riski ilə əlaqəsi,

2) son 26 ildə əlaqəli ölüm tendensiyaların icmalı,

3) Qidalanma ilə bağlı ürək-damar xəstəliklərin- CVD mümkün siyasi variantlarını müzakirə etmək.

 

Nəticələr

 

2016 – cı ildə Ümümdünya Səhiyyə Təşkilatına (WHO) daxil olan Avropa ölkələrində ürək-damar xəstəliyi ilə bağlı ölümünün 2,1 milyonu qidalanma ilə bağlı risklərlərlə əlaqədardır, bu da ümumi ölümün 22,4 %-ni təşkil edir. Ürək-damar xəstəliklərindən işemik ürək xəstəliyi, işemik insult və hemorragik insult ölümə səbəb olan əsas növlərdir. Qida və qida qrupları baxımından, 5 risk faktoru dietlə bağlı ümumi CVD yükünün çox hissəsini təşkil edən əsas amillərdir: taxıl tərkibinin, çərəz və toxumların, meyvələrin, omeqa-3 turşuları PUFA və dəniz məhsullarının az olduğu dieta və natriumun çox olduğu dieta.

 

Bölgələr

Diet ilə əlaqeli CVD mütləq ölüm sayısı

CVD-nin total ölümlərdəki faiz nisbəti

Yaşa standardlaşdırılmış ölüm ( hər 100000-ə düşən ölüm sayısı)

Şərqi Avropa

  1. Rusiyada (599.000 ölüm)
  2. Ukranyada (253.000 ölüm)

Ukranya, 38.2% ilə Şərqi Avropadakı ən yöksək göstəriciyə malikdir

1.     Ukrayna 394

2.     Moldova 328

3.     Belarusiya 313

Mərkəzi Avropa

  1. Polşa (94.000 ölüm)
  2. Rumuniya (70.000 ölüm)
  3. Bolqaristan (35.000 ölüm)
  1. Bolqarıstan (32.2%),
  2. Slovakiya (29.0%)
  3. Ruminiya(27.6%).

1.     Bolqarıstan260

2.     Slovakiya 206

3.     Ruminiya 206

Qərbi Avropa

  1. Almaniyada (165.000)
  2. İtaliyada (97.000)
  3. Böyük Britaniyada (75.000)

1.     Yunanıstan (20.2%),

2.     Finlandiya (19.4%)

3.     Malta (18.7%)

1.     Yunanıstan 100

2.     Kipr 88

3.     Finlandiya 87

 

Mərkəzi Asiya

  1. Özbəkistanda (66.000)
  2. Türkiyədə (44.000)
  3. Qazaxıstanda (40.000)
  1. Gürcüstan (34.4%),
  2. Özbəkistan (32.2%)
  3. Azərbaycanda (32.0%)

1.     Özbəkistan 394

2.     Türkmənistan 367

3.     Qırğızıstan 350

 

 

Nəzərə alınmış ölkələrde qida ilə əlaqəli ürək-damar xəstəliyi CDV ölüm sayısı 1990-cı ildən 2016- cı ilə qədər artmışdır. Ən çox artışın  Mərkəzi Asiyada ( Türkmənistan +26% artış, Tacikistan +23% artış, Qırğızıstan +14% artış )  ,ancaq İsrail -54%, Danimarka -51% və UK -48% ilə azalma olduğu müşaidə edilib.Bölgələrə görə isə, Qərbi Avropada – 34% &Mərkəzi Avropada -25% ilə azalma və Şərqi Avropada +3% & Mərkəzi Asiyada +0.4% ilə artış qəydə alınıb. Diet ilə əlaqədar mütləq ölüm sayılarında Ümümdünya Səhiyyə Təşkilatına (WHO) daxil olan Avropa ölkələrdə 1990-cı ildən 2016- cı ilə qədər 8.2% azalma qeyd edilib.

Bölgələr

1990-ci ildəki mütləq ölüm sayısı

2016-ci ildəki mütləq ölüm sayısı

Şərqi Avropa

813000

937000

Mərkəzi Avropa

451000

341000

Qərbi Avropa

824000

594000

Mərkəzi Asiya

198000

227000

 

Ümumdünya Səhiyyə Təşkilatına (WHO) daxil olan Avropa ölkələrində yaşa görə standardlaşdırılmış diet ilə əlaqedar CVD  ölüm sayılarında  azalma təndensiyası ( 1990-1995 illəri arasında Şərqi Avropa və Mərkəzi Asiyadaki atış istisna olmaqla)  olsa da 2010-2016 illəri arasında azalma sürətinin yavaşladığı report edillib.

Təxminən 601,000 ölüm (qida ilə bağlı ürək-damar xəstəliyi CVDs ölümlərinin 28,6% -i) Ümumdünya Səhiyyə Təşkilatına (WHO) daxil olan Avropa Bölgəsində 70 yaşdan kiçik yetkinlər arasında baş verib. 420,000  ölüm kişilərdə və 181,000 ölüm qadınlarda meydana gəlib.

Taxıl bitkilərinin az olan dieta bütün bölgələrdə əsas risk faktoru olduğu  istisna olmaqla, digər qida ilə əlaqəli risk faktorlarının sıralanması bölgələr arasında fərqlənir. Qərbi Avropa, Şərqi Avropa və Mərkəzi Asiyada çərəzlər və toxumların az olduğu dieta CVD üçün ikinci əsas risk faktoru olmağının əksinə, Mərkəzi Avropada natriumun çox olduğu dieta ən çox ölümə səbəb olan ikinci risk faktorudur.1990-2016 illəri arasında Şərqi Avropada məyvə, omega-3 və PUFA və Qərbi Avropada taxıl,çərəz,tərəvəz  istəhlakının artmasının, Mərkəzi Avropa və Asiyada natrium istəhlakının azalmasının diet-CVD-e bağlı ölümlərin azaldılmasında müsbət rol oynadığı da düşünülüb.

Müzakirə

1990-cı ildən 2016-cı ilə qədər Ümumdünya Səhiyyə Təşkilatına (WHO) daxil olan Avropa ölkələrində qida risklərinin CVD ölümünə təsiri araşdırıldı. 2010-cu və 2016-cı illər arasında bütün ölkələrdə ümumi yaşlanma ilə bağlı ölüm nisbətinin azalmasına baxmayaraq, 29 ölkədə (51 ölkə arasından) qidlanma ilə bağlı erkən ürək-damar CVD ölümlərin sayının artdığı təsdiqləndi. Dəyişdirilmiş dietanın davranışla əlaqəli (və dəyişə bilən) risk faktorları (fiziki hərəkətsizlik, narkotik və alkoqol istifadəsi, siqaret və s.) ilə müqayisədə WHO  Avropa ölkələrində CVD erkən ölümlərin qarşısının alınmasında ən təsirli vasitədir. Avropa ölkələrindəki bənzər araşdırmalarla müqayisədə, burada ilk dəfə olaraq 11 müxtəlif növ CVD-lərə aid olan ölüm sayısı və 12 diet risk faktoru ölkəyə, yaşa, cinsə və vaxta görə xüsusi ölüm nisbətləri təqdim edildi.

Tədqiqatlardakı taxıl məhsullarının (whole grain) ümumi izzahının olmaması və fərqli qida qruplarının dəqiq bölünməməsi xəstəliklərə aid nəticələrə təsir göstərə bilər. Digər tərəfdən sosial-iqtisadi vəziyyət və səhiyyə xidmətinə girişin də diet risklərinə olan təsiri istisna edilə bilməz. Ona görə, dəqiq məlumatlara əsasən daha detallı analizlər aparılmalıdır. Ümumdünya Səhiyyə Təşkilatına (WHO) daxil olan Avropa ölkələrində son 26 ildə dietlə əlaqədar ürək-damar ölümlərini azaltmaq üçün ciddi irəliləyişlər olmasına  və 2016-cı ildə optimallaşdırılmış diet nümunələri ilə hər 5 erkən ürək-damar ölümündən birinin qarşısı alınmasına (22%) baxmayaraq, Kənd təsərrüfatı və Qida sənayesi bu məqama daha ciddi yanaşmalıdır (yəni təkliflər və daimi monitorinqlərin aparmaq). Bələliklə, daha sağlam qida mühitinə doğru istiqamət yaranır.