Kofe faydalıdırmı?

24 Aprel 2017

Bu gün söz verdiyim kimi sizə qəhvənin faydalarından yazacam. Pasientlərim bu haqqda çoxlu sayda suallar ünvanlayırlar ki, dietdə olan zaman qəhvə içmək olarmı? Kofein zərərlidir, yoxsa faydalıdır? Sizə qəhvə içməyin 8 səbəbini açıqlamaq istəyirəm. Zaman diliminə diqqət etsək daha öncələr danışılan, bilinən mifələrə çevrilən məlumatlar öz təsdiqini tapmadı. Harvardlı elm adamlarının  200 min isan  üzərində apardığı araşdırmalar nəticəsində qəhvə içənlərin diabet, yüksək təzyiq və ya depressiya riskini  içməyənlərə görə çox daha aşağı olduğu ortaya çıxdı. Üstəlik qəhvə içənlərin daha çox yaşadıqları da bildirilir. Eyni araşdırma nəticəsində. Bunda da qəhvənin tərkibindəki klorojenik, kinin və Maqneziumun təsirli olduğu sübut edilmiş. Təbii ki, dozası da əhəmiyyəti vurğulanır. Gündə 3 elə 5 fincan qəhvənin müsbət təsiri olduğu ifadə edilir. Gəlin, bu təsirlərə həmişə birlikdə nəzər salaq ...

1.     Maddəlrə mübadiləsini sütətləndirir.

3-11% Metobolizmanın sürətləndirir, ancaq arıqlamaq üçün hər gün qəhvə içim anlayışı düzgün deyil.

2. Qəhvə enerji səviyyəsini yüksəltmək beyinin yaxşı çalışmasına, zəkanı inkişaf etdirməsinə səbəb olur.

Yorğun olan zaman  bir fincan qəhvə içdikdə, konsentrasiyanızın artdığını və daha yaxşı mühakimə edəbiləcyi fərqini hiss edəcəksiniz. İngiltərədəki bir araşdırma nəticəsində də bir fincan qəhvə içən qadınların konsentrasiyalarının və verimliliklerinin içməyənlərə nisbətlə altı qat daha çox olduğunu ortaya qoyur. Şəxsən çən özümdə işə gələn zaman bir fincan qəhvə içmədən işə başlaya bilmirəm.Bu gün bizim enerjiyə ehtiyacıməz olur, daha çox ekstra enerjiə sahib olmaq istəyirik. Günümüzü iş rejimi bunu tələb edir. Ən yaxşı olardı ki, yuxudan durduqa 2-3 saatdan sonar qəhvə qəbul edəsiniz. Bızi insanlar oynamq üçün qəhvə içirəm demələri yanlışlığa yol verirlər.

3. Fiziki performansı yaxşılaşdırır.

Qəhvə idman edənlərin da dostudur. Atletlər qəhvənin iş müddətlərini artırdığını çox yaxşı bilirlər. Xüsusilə marafon idmançı, velosiped istifadə, boksçular kafeinin qandakı yağ turşusunu artıraraq əzələlərdə enerjiyə çevrildiyini şüurundadılar.

4. Qəhvə Alzheimer, Parkinson'a  xəstəliyinə yaxşı gəlir

Daimi olaraq qəhvə içənlərin Parkinson xəstəliyinə tutulma riski azalır. American Academy of Neurology'ye görə edilən araşdırmalarda Parkinson xəstələrinin titremelerinde və əzələ sertleşmelerinde azalma müşahidə edilmişdir. Gün ərzində 2-3 fincan qəhvə içmək bu xəstəliyə tutulma riskini azaldır.University of South Florida elm adamları, insan beyni üzərində etdikləri araşdırmada gündə müəyyən miqdarda alınan qəhvənin Alzheimer xəstəliyini önlədiyini ifadə edirlər

5. Qəhvə tip 2 diabet qarşısını almaqda kömək edir.

Bu gün bir çoxlarının xəbərsiz sürdürdüyü bir xəstəlikdir.Daimi qəhvə istehlak etmək, diabet riskini yarı yarıya azaldır. American Chemical Society konfransında edilən şərhə görə qəhvə nüvəsindəki turşular, vücudun qan təzyiqinin balansına kömək olur.

6.Qəhvə qaraciyərin sağlamlığı üçün əhəmiyyətli

Elm adamları 125 min təcrübəliyin 22 illik dövrdə qaraciyər funksiyalarını təqib etdiklərində, hər gün nizamlı olaraq bir fincan qəhvə içənlərin serroz riskinin 1/5 nisbətində azaldığını fərq etmişlər. Bir başqa araşdırmada da qəhvənin qaraciyərin yağlanılmasını önlədiyi ortaya çıxmışdır.

7. Qəhvə  depresiyaya qalib gələr  və sizi daha xoşbəxt edər.

Qəhvə stress nisbətini azaldır.Seoul National University edilən araşdırmaya görə, qəhvə içmək rahatlaşdırır. Araşdırmaçılar uzun müddət uyutulmayan siçanlar üzərində etdikləri təcrübələrdə, qəhvə aroması verilən yorğun siçanların beyin zülallarını dəyişiklik müşahidə edilmişdir. Yorğun olmalarına baxmayaraq siçanların, bu zülallar sayəsində beyin hüceyrələrinin stressin zərərlərindən qorunduğu müşahidə edilmişdir.Qəhvə qoxusu o qədər geniş yayılıb ki, hətda parfum istehsalatında istifadə olunur.

8. Qəhvənin çox böyük antioksidan dəyəri var.

Qəhvə antioksidan xüsusiyyəti ən çox olan qidalardındır. Bu məlumatlardan hərəkət edilərək son illərdə antioksidan xüsusiyyətinə sahib bəzi maddələrin çöldən alınmasının faydalı olacağı qarşıya sürülmüşdü. Bu arada antioksidan xüsusiyyəti olan çox sayda maddə göstərildi. Bunlar arasında; kök, üzüm çəyirdəyi, yaşıl çay, selenium, B6 və B12 vitaminləri, C vitamini, fol turşusu, E vitamini və sink kimi maddələr var idi.

ABŞ-da qida maddələri içində antioksidan xüsusiyyəti ən çox olan qida maddəsi qəhvə. Qəhvə eyni zamanda bu xüsusiyyətə sahib klorojenik turşu da ehtiva edir. Decaf (kafeinsiz) çayxanalarda də eyni dərəcədə antioksidan mövcuddur.

Qəhvənizi şəkərsiz için.