Gecə işləyənlər necə qidalanmalı?

26 November 2017

Əzəldən insan orqanizmi qaranlıq vaxtı yatmağa, gündüz vaxtı oyaq olmağa köklənib. Siz gecə işlədikdə daxili və xarici saatlarınız arasında uyğunsuzluq baş verir. Bu sizin iştahanıza, çəkinizə, həzminizə, yatma və istirahətinizə böyük təsir göstərir.

Gecə işləyirsinizsə, özünüzü daha yaxşı və gumrah hiss etmək üçün aşağıdakıları qeyd edin :

1. Su için.

Su bədən temperaturunu normada saxlamağa, toksinlərdən azad olmağa kömək edir və qəbzlikdən qoruyur. Su içmək həm də gecə vaxtı oyaq qalmağınıza kömək edəcək. Əgər suyu çox içə bilmirsinizsə, tərkibində su faizi çox olan tərəvəz də yeyə bilərsiniz və ya sadəcə suyunuza tərəvəz, meyvə qataraq dadlandırın. Gecə növbəsində çalışanlar simulyasiya effektinə görə həddindən artıq kofein istifadə edirlər. Həddindən artıq qəbul edilmiş kofein yuxuya təsir etdiyi kimi bədəndəki suya da təsir edir və dehidratasiyaya səbəb olur. Evə döndükdə rahat yata bilməniz üçün işin bitməsinə 4-8 saat qalmış kofein istifadəsindən qaçın. Yuxu pozuntusuna və dehidratasiyaya səbəb olan digər içki isə alkoqoldur. İşin sonuna yaxın relax olmaq üçün alkoqol istifadəsindən qaçın.

2. Nə zaman yeməli?

Gecə çalışan zaman nə vaxt yemək lazımdır" sualı bəlkədə ən çaşqınlıq yaradan dilemmadır. Yemək vaxtı iş qrafiki və görülən işdən, həmçinin acma dərəcəsindən asılıdır. İşə gəlməmişdən qabaq və ya işi başlayandan 2-3 saat aralığında balanslı qida qəbul etməyə çalışın. Bu sizə bütün gecə dayanmağa güc verəcək. Əvvəldə protein və lif istifadə etməniz gecə vaxtı peçenye və şokoladla dolu olan avtomata qaçma ehtimalınızı azaldır.

3. Yemək-aktivlikdir.

Gecə işləyənlər yəgin ki, boyunlarəna alarlar ki, darıxdıqlarından və ya enerji almaq üçün yemək yeyirlər. Gecə yemək qəbul etmək olar. Ancaq bu bir çox faktorlar, ilk növbədə isə görülən işdən asılıdır. Məsələn kameralara nəzarət edən adamla, fiziki iş görən adamın qəbul edəcəyi qida təbii ki, eyni deyil və bundan başqa sağlamlıq dərəcəsindən asılıdır. Vərdişlərinizi qəbul etmə, onları dəyişmənizdə ilk addım sayılar. (Yediklərinizi, aktivliyinizi, yuxunuzu və s. ölçmək üçün sizə @tutudietapp kömək edə bilər. #appstore və #playmarket -dən yükəyə bilərsiniz). Gecə işləməniz sağlam olmanıza mane olmasın deyə, pzünüzü kontrolda saxlayın.

4. Həzm və yuxu

Yuxusuz qalma tərkibində çoxlu yağ və şəkər olan məhsulların istifadəsinə gətirib çıxara bilər. Ancaq yağlı qidaları, məsələn qızardılmış toyuq, pizza, kartoşka daha çətin həzm olunur. Bunun yerinə daha yüngül qidalar, məsələn soyutma toyuq, az yağlı süd məhsulları istifadə edə bilərsiniz. Həmçinin meyvə, tərəvəz, tam taxıl və qoz-fındıq (təbii ki, miqdarı nəzərə almaqla) yeyə bilərsiniz.

Müxtəlif qida kompbinasiyalarını sınaqdan keçirin ki, sizə uyğun olanını tapasınız.

Əvvəl axır istənilən iş bədənə və beyinə təsir edir. Bu səbəbdən ilk növbədə sakin sonra isə səbrli olun və qarşınıza qoyduğunuz məqsəddən əl çəkməyin. Unutmatın: iş mükəmməlikdə yox, tərəqqidədir!