Toyuq Şorbası

21 Mart 2017

Ərzaqlar :

-       Toyuq əti – 300.0

-       Yarma – 2 x.q

-       Zeytun yağı 1 x.q

-       Quru alça – 3-4 ədəd

-       Soğan 1ədəd kiçik boy

-       Keşniş, şüyüd

-        Quru nanə

-       Duz, istiot 

Hazırlanması :

Toyuq doğranılıb qaynadılır . Suyu süzülür.  Qaynayan toyuq suyuna yarma və doğranmış soğan əlavə edilərək bişirilir. Bişənə yaxın quru alça, yağ əlavə edilir. Ocaqdan götürüldükdən sonra üzərinə keşniş, şüyüd əlavə olunur. Quru nanə ilə servis edilə bilər .

1 pors = 1 çömçə = 1 ət+ 1 çörək + 1 yağ