Dovğa

21 Mart 2017

Ərzaqlar :

-       Qatıq 2 st

-       Su 2 st

-       Bulğur 1st armudu stəkan

-       Qurudulmuş yarpız 2 ovuc

-       Duz – zövqə görə

-       Yumurta - 1 ədəd

Hazırlanması :                   

Bulğur yuyulur, 1 ədəd yumurta və qatıq ilə birlikdə qarışdırılır . Qatığın düyünləri açıldıqdan sonra üzərinə 2 st su əlavə edilir.  Qaynayana qədər  qarışdırılır. Yarpız üzərinə ovxalanır. Soyuduqdan sonra duz əlavə edilir. 

1 pors = 1 iri çomçə = 1 dilim çörək + 1 ət