Suyun sağlamlığa təsiri

25 November 2017

Su içməyin insan üçün vacib olduğunu hamımız bilirik. Həyatamıza diabetlə daha asan daxil olan lazımi hidratasiyanın çox faydaları vardır. H2O-nu qəbul etmə haqqında bilməli olduqlarınız:

1. Bu bədənimizi nəmləndirmənin ən yaxşı yoludur. Kalorisi yoxdur (Karbohidratı yoxdur), çoxlu funksiyalarının işləməsini təmin etmək üçün bədənimizin məhz suya ehtiyacı var. Ortalama olaraq böyük adamın bədəni 65% sudur və bunu qorumaq üçün tövsiyyə olunan miqdarı qəbul etməliyik.

2. Hidtarasiyanı qorumaq dehidratasiya olmaq istəməmək anlamına gəlir. Bu aydın görünə bilər, ancaq buraya diabet qoşulduqda dehidratasiya qorxunc ola bilər. Qanda yüksək qlükoza səviyyəsi bədəndə suyun azalmasına aparır və ciddi dehidratasiya qlükoza səviyyəsinin qanda normaldan fərqli olaraq birdən artmasına, bu isə diabetik ketoasidoza (DKA) gətirib çıxarır. (Mənbə: Diabetes.co.uk)

3. Hidratasiya böyrəklərimizi xoşbəxt edir. Su böyrəklərimizin yuma, filtrasiya və yan məhsulların daşınmasına kömək edir. Böyrəklərin funksiyası filtrasiya operasiyalarını davam etmək üçün qanda su miqdarının kifayyət qədər olmadığında dayanır. Xroniki dehidratasiya böyrək funksiyasının azalmasına, mövcud olan pozğunluqları nəzərə aldıqda bu ehtimal daha da yüksəlir.

4. Adekvat miqdarda su içmə böyrək daşlarından və sidik yolu infeksiyalarından qoruyur. Kifayyət qədər su olduqda kristalların birləşərək daş halına gəlməsinin qarşısını alır. Çox su içdikdə, tualetə daha tez-tez getmiş və nəticə etibarı ilə sidik yollarını infeksiyalara səbəb olan bakteriyalardan təmizləmiş oluruq.


5. Su yorğunluqla mübarizə aparır. Günortaya yaxın baş verən yorğunluq və ya gündəlik çalışmalarınız zamanı su yenidən enerji almağın açarı ola bilər. Susuzluğun ümumi simptomu yorğunluqdur, odur ki, dehidratasiyaya səbəb olan kofeinli içki qəbul etməmişdən qabaq bir az su için və necə hiss etiyinizi görün.

6. Əgər arıqlamaq istəyirsinizsə, su kömək edə bilər. Kalorili içkilər əvəzinə suyu seçmə və tərkibində su çox olan qidaları(meyvə və tərəvəz) qəbul etmə sizə sağlam doyumluluq, hidratasiya seçimləri və qeyri-sağlam seçimlərə daha az yer buraxmağa kömək edəcək. (Mənbə: WebMD)

7. Hidratasiyadan danışdıqda, H2O liflərin ən yaxşı dostu adlandırmaq olar. Həzm sisteminin mövcud olanların düzgün istiqamətdə getməsini təmin etmək üçün suya ehtiyacı var. Su çatışmazlığı olduqda qəbzlik yaranır.

8. Yüksək qan şəkərləri susuzluğunu öldürür. Yüksək qan qlükozası olanlar da təstiqləyər ki, bu çox vaxt ürək yanğısı hissi ilə gəlir. Bu bədənimizin bizə siqnalıdır. Su qlükoza səbiyyəsini yüksəltmədiyi üçün göstəriciləri normaya düşürmək üçün əla içkidir.

9. Su ürək sağlamlığı üçün vacibdir. Yaxşı hidratasiya ürəyə qanı əzələlərə qan damarları vasitəsilə ötürməni asanlaşdırır. (Mənbə: Live Strong)

10. Hidratasiya xəstəliklərdən qorunmanın açarıdır. Kifayyət qədər su içmə selikli qişa hüceyrələrini nəmli saxlayır və immun sisteminin daha effektiv işləməsinə səbəb olur. (Mənbə: Fitness Magazine)


Suyun sağlamlığımızda bu qədər mühüm rol oynadığına görə, gün ərzində və axşam istifadəsini davam etdirmək vacibdir.