Məşhur qidaların sağlamlığa təsiri
(TƏRƏVƏZLƏR)

21 Aprel 2017
1.Pomidor

Funksional qida sayılır. Xroniki xəstəliklərin qarşısını alır. A və C vitaminləri, həmçinin Fol turşusu ilə zəngindir.

2.Kartof

Kartof xəstəliklərlə mübarizə aparan müxtəlif vitamin, mineral və fitokimyavi maddələr mənbəyidir.


3.Balqabaq

Vitaminlərlə boldur. Dietdə olanlar desertə, şorbaya, salata və bir çox digər yeməklərə əlavə edə bilərlər.


4.Brokkoli

Tərkibində çoxlu miqdarda lif və vitamin C var. Əlavə olaraq vitamin A, dəmir, viramin K, B qrup vitaminləri, sink və fosforla zəngindir.


5.Yerkökü

Ən yaxşı vitamin A mənbəyidir. Günlük ehtiyacın çox faizini ödəyir. Leykemiya hüceyrələrinin inkişafına mane olur, görməni yaxşılaşdırır.


 6.Gül kələmi

Tərkibində xərçənglə mübarizə aparan antioxidantlar, toxluq hissi yaradan, çəki itirməyə və mədə-bağırsaq sisteminin sağlam işləməsinə kömək edən liflər, yaddaşı yaxşılaşdıran B4 vitamini var.


7.Badımcan

Potensial üstünlükləri: ürək sağlamlığına dəstək olur, çəki və qanda xolesterolun kontroluna kömək edir.


8.Sarımsaq

Ürək və damar sistemi ilə bağlı geniş istifadə olunur. Araşdırmalar nəticəsində bəlli olub ki, sarımsaq çox güclü bir antibiotikdir.


9.Çuğundur

Folat və manqan mənbəyidir, həmçinin tərkibində vitamin B6, maqnezium, fosfor, kalium, sink, mis və selenium var.


10.Soğan

Üstünlükləri: müxtəlif xərçəng növləri riskini azaldır, əhvalı yaxşılaşdırır, dəri və saçların sağlam olmasına kömək edir.