DR.TUTU

Tutu Zeynalova Nizami qızı 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsini bitirib. 2005-2011-ci illərdə həkim-anestezioloq olaraq çalışıb. Həkim-dietoloq olaraq Türkiyə Cumhuriyyətində təkmilləşib, Özəl Koru Hastanesi – Diyet ve Beslenme bölümü (Ankara 2012). TC Marmara Universiteti Tıp fakultesi “İç hastalıkları ana bilim dalı endokrinoloji ve metabolizma” hastalıkları bilim dalı Beslenme ve Diyetetik alanı (İstanbul 2013). Azərbaycan Plastik cərrahiyyə və Azərbaycan bariatik cərrahiyyə cəmiyyətlərinin həkim-dietoloqudur. Türkiyə Obezite araşdırma dərnəyinin üzvüdür.  ESPEN (Avropa Klinik Bəslənmə və Metabolizma Cəmiyyətinin)  həqiqi üzvü seçilərək, cəmiyyətin   ilk və tək Azərbaycanlı üzvi  kimi tarixə düşmüşdür. 2016-cı ildən Xəzər TV də 'Həkim işi' verlişinin 2017-ci ildən Xəzər FM radiosunda 'Dеsert'  layihəsinin aparıcısıdır.
Evlidir. Bir övladı var.

İştirak etdiyi kurs, seminar və konfranslar:
  • 6.Ulusal Obezite Kongresinə qatılmışdır. İstanbul.2014
  • Bariyatrik Cerrahi Diyetseniyi  Kursu bitirmişdir. İstanbul. 2014
  • Endokrinologiya  kurs almışdır. 2014
  • 'EndoBridge2014'  European Society of Endocrinology. Anatalya Turkey. 2014
  • NLP Diploma Certification.Has successfully completed.2015
  • Obezetiye Multidisipliner Yaklaşım Kongresi. İzmir. 2015
  • 37.Tükriye Endokrinoloji ve Metobolizma Hastalıklar Kongresi.Anatalya Turkey.2015
  • Yaşam Koçluğu Sertifikatı.Yeditepe Universitesi. 2015
  • 7. Ulusal Obezite Kongresinə qatılmış, Multidisipliner Tedavi Kursunu bitirmişdir. İstanbul.2016
  • 6. Ulusal Sağlıklı Yaşam Sempozyumu 1. Yaşam İçin Beslenme ve Spor Kongresi. İstanbul 2017
  • 6. Ulusal Sağlıklı Yaşam Sempozyumu 1. Yaşam İçin Beslenme ve Spor Kongresi. "Onkoloji Diyetisyenliği Kursu"
  • 6. Ulusal Sağlıklı Yaşam Sempozyumu 1. Yaşam İçin Beslenme ve Spor Kongresi. "Sporcu Diyetisyenliği Kursu
  • 6. Ulusal Sağlıklı Yaşam Sempozyumu 1. Yaşam İçin Beslenme ve Spor Kongresi. "Çocuk Metabolizma Hastalıklarına Beslenme Yaklaşımı Kursu"
  • 6. Ulusal Sağlıklı Yaşam Sempozyumu 1. Yaşam İçin Beslenme ve Spor Kongresi. "Obezite Diyetisyenliği Kursu"
  • 2017-ci ildə Avropa Klinik Qidalanma və Metabolizm Cəmiyyəti (ESPEN) yarandığı 1980 ildən günümüzədək ilk dəfə olaraq Azərbaycanlı dietoloq həkim Tutu Zeynalovanı 39-cu konqresinə dəvət etmişdir. Dr. Dyt. Tutu Zeynalova konqresdə iştirak edərək və cəmiyyətin həqiqi üzvü seçilərək, ESPEN-in ilk və tək Azərbaycanlı üzvi  kimi tarixə düşmüşdür.


MİSSİYAM

Necə edək ki, yediyimiz qidalardakı yağ birbaşa bədənimizdə toplanıb, bizə əlavə baş ağrısı yaratmasın? Müasir cəmiyyətin qlobal problemlərindən biri məhz budur. TuTu Diet bloqunun missiyası bu gözlənti və ehtiyacları nəzərə alaraq, beynəlxalq standartlara uyğun, yenilikləri özündə cəmləyən və elmi əsaslı, etibarlı səhiyyə xidməti təqdim etməkdir. Buraya sağlam insanın düzgün qidalanmasıyla bağlı bütün məsələlər, həmçinin müxtəlif xəstəliklərdən əziyyət çəkən və xüsusi qidalanmaya ehtiyacı olan bir qrup insanların qidalanması daxildir. TuTu Dietin işi, insan sağlamlığını möhkəmlədən faktorların ayrılmaz bir hissəsinin qidalanma olmasının tam anlayışında əsaslanır. Burada sadəcə yemək haqqında elm yox, artıq çəkinin səbəblərini (endokrinoloji problemlər, kardioproblemlər, qastroentroloji problemlər və s.) əks etdirən daha dərin anlayış vardır. Bloqdan istifadə edib, sağlam qidalanmaya aid suallarınıza cavab tapa, faydalana bilərsiniz. Təqdim olunan bütün məlumatlar maarifləndirici xarakter daşıyır, həkim müayinəsini və düzgün diaqnozu əvəz etməz.